18.12.2018

Açıq dərs

Dekabrın 17-də R.Bədəlov adına şəhər 9 nömrəli tam orta məktəbinin VI sinfində məktəbin qabaqcıl müəllimi Fidan Xasiyevanın azərbaycan dili fənnindən Cəfər Cabbarlının “Ölkəm” şerinin mətni üzərində iş mövzusunda açıq dərsi keçirilib.

Açıq dərsdə məktəbin direktoru Bəxtiyar İbayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elzadə Məmmədova və gənc müəllimlər iştirak edib. İnteraktiv təlim metodlarına əsaslanan bu dərs şagirdlərin fəallığı şəraitində keçdi və müşahidə edənlərdə xoş təəssurat yaradıb.


Açar sözlər: ,  ,  ,  ,  ,