Dekabrın 14-də şəhər 9 nömrəli tam orta məktəbinin VIII sinfində məktəbin qabaqcıl müəllimi Xatirə Azadovanın coğrafiya fənnindən “Litosfer tavaları” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərsdə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Hüccətov, məktəbin direktoru Bəxtiyar İbayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elzadə Məmmədova və gənc müəllimlər iştirak edib. İnteraktiv təlim metodlarına əsaslanan bu dərs şagirdlərin fəallığı şəraitində keçib və müşahidə edənlərdə xoş təəssurat yaradıb.