Dekabrın 13-də Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov və aparıcı məsləhətçi N.Əkbərov rayonun Ə.H.Hüseynov adına Vilvan və R.Həsənov adına Veravul kənd 1 nömrəli tam orta məktəbində müəllim və şagirdləri ilə göruşub.
Göruşdə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığı ilə əlaqədar söhbət aparılıb onlara müvafiq tövsiyələr verilib.