07.12.2018

Lənkəranda peşəyönümü işinin təşkili layihəsinə start verilib

Lənkəran Peşə Liseyi Lənkəran Şəhər Təhsil Şöbəsi ilə birgə “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib. Azərbaycan Müəllimlərinin XV Qurultayında bu mövzu panel müzakirələrinə çıxarılıb və pedaqoji içtimaiyyət tərəfindən marağla qarşılanıb.

Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran Şəhər 4 nömrəli məktəb-liseydə reallaşıb. Tədbir sərgi–seminar formatında gercəkləşib, sərgiə Lənkəran Peşə Liseyinin müxtəlif qruplarının hazırladıqları əl işləri nümayiş olunub, Peşə təhsili və təlimi ilə bağlı şagirdlərə, valideynlərə və müəllimlərə ətraflı məlumat verilib. Tədbir çərçivəsində məktəb şagirdləri özləri müəyyən istehsalat prosesinə qoşulublar.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şəhər 4 nömrəli HTML direktoru Yeganə Əskərova, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov ölkədə peşə təhsili sahəsində aparılan islahatlar, gənclər arasında peşə seçiminin vacibliyi, peşə seçiminin karyera inkişafında əhəmiyyətini xüsusi vürğulayıblar.

Sərgi-seminar zamanı uşaq futbolunun inkişafı ilə bağlı Lənkəran Peşə Liseyinin həyata keçirdiyi sosial layihə çərçivəsində şəhər 4 nömrəli HTML ibtidai siniflərinə Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları hədiyyə edilib.


Açar sözlər: ,  ,  ,  ,