Dekabrın 6-da M.M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəbində Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözu ilə məktəbin direktoru Məmməd Səfərov açıb. Məktəbin tarix müəllimi Teymur Novruzov M.Hüseynzadənin həyat və döyuş yolundan ətraflı bəhs edib. Şagirdlərin ifasında şeirlər dinlənilib və “Uzaq sahillərdə” filmindən fraqmentlər nümayiş etdirilib.
Sonda tədbirdə iştirak edən Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxışında M.Hüseynzadənin döyüş yolunun hər bir məktəbli üçün nümunə olduğunu bildirib, qəhramanın xatirəsinə göstərilən hörmət və ehtirama görə məktəbin rəhbərliyinə və pedaqoji kollektivinə təşəkkürünü bildirib.