29.11.2018

Təhsil şurasının növbəti iclası

Noyabrın 29–da Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti içlası keçirilib. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl Təhsil Şöbəsinin müdiri A.İbrahimov “Beynəlxalq müəllim günü” münasibəti ilə Təhsil Nazirliyinin əmri ilə təltif olunmuş şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi Zamin Baxşıyevə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını və Boladi kənd 1 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Seydəmir Dadaşova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib, onları təbrik edərək uğurlar arzulayıb.

Şura iclasında Mamusta və Diryan kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti haqqında, şəhər 8 nömrəli, İstisu, Bəlləbur, Digah və Biləsər kənd tam orta məktəblərinin ibtidai siniflərində tədrisin vəziyyəti haqqında və şəhər 4 nömrəli , Zövlə, Gəgiran, Şaglaser kənd tam orta və Qrumba kənd ümumi orta məktəblərində şagirdlərin dərsliklərlə təminatı və onların qorunub saxlanması vəziyyəti haqqında məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları Ramin Hüccətov  Nəsir Əkbərov, Səriyyə Kələntərli və Zabitə Cəfərovanın arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanğın təhlükəsizliyi barədə bəzi tədbirlərin görülməsi ilə bağlı 26.11.2018-ci il tarixli, 02-22-1705/13 nömrəli əmri haqqında, ümumtəhsil müəssisələrində rəsmi yazışmaların yalnız Azərbaycan dilində aparılması barədə Təhsil Nazirliyinin 06.11.2018-ci il tarıxli, 02-12-1706/13 nömrəli təlimatı məktubu haqqında, şagirdlərlə yol hərəkəti qaydaları barədə maarifləndirici tədbirlərin aparılması ilə bağlı 12.11.2018-ci il tarixli, 03-14-1775/13 nömrəli təlimatı məktubu haqqında, “2018-2020- illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlər Proqramı”nın həyata keşirilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planının təsdiqi haqqında 14.11.2018-ci il tarixli, F-788 nömrəli əmri barədə ŞTŞ- nin müdir müavini G. Bağırov məlumat verib və konkret vəzifələrdən bəhs edib.

Sonda Təhsil Şöbəsinin müdiri A.İbrahimov Azərbaycan müəllimlərinin XV qurultayının numayəndəsi kimi təəssuratlarını danışıb və qarşıda duran vəzifələrdən bəhs edib.


Açar sözlər: ,  ,