Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihəsinin tətbiqi barədə” 2017-ci il 27 noyabr tarixli 423 nömrəli əmrinin icrası ilə əlaqədar Lənkəran Dövlət Universiteti ilə Lənkəran ŞTŞ-nın tabeçiliyində olan məktəblər arasında əməkdaşlığın aparılması ilə bağlı 26 noyabr 2018-ci il tarixdə şəhər 6 nömrəli məktəb-liseyində kimya, bilogiya və riyaziyyatdan nümunə dərsləri keçirilib. Həmin dərslərdə LDU-nun müəllimlərindən Ş.Həbibov, M.Hüseynov və G.Qədirova iştirak ediblər.
Həmin müəllimlər kimya, bilogiya və riyaziyyatdan olimpiadaya hazırlaşan uşaqlara da dərs keçiblər.
Tədbirdə ŞTŞ-nın müdiri A.İbrahimov, aparıcı məsləhətçilər N.Əkbərov və S.Əliyev iştirak ediblər.