Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 12.11.2018-ci il tarixli, 03-07-1800/15 nömrəli telefonoqramına əsasən noyabrın 17-də Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması məqsədi ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin tabelyində olan məktəblərin ərazisində ağac əkmə kampaniyası həyata keçirilib. Şəhər 2, 10 nömrəli, Hirkan qəsəbə, Şürük, Parakənd kənd tam orta məktəblərinin və Şəhər Təhsil Şöbəsinin həyətində 500-dən çox ağac əkilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri də iştirak ediblər