16.11.2018

Şəhər Təhsil Şöbəsində görüş

Noyabr ayının əvvəllərində Bilsuvar şəhərində keçirilən “Xəmsə” Milli İntelektual oyunları üzrə VI respublika çempionatının regional mərhələsi keçirilib.

Bu yarışlarda Lənkəran dörd komanda ilə təmsil olunub və komandaların hamısı dekabr ayında Naxçıvan şəhərində keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.

15 noyabr 2018-ci il tarixdı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov komandaların üzvlərini qəbul edib, qazanılmış qələbə münasibətilə təbrik edib və qarşıdakı mərhələdə onlara üğürlar arzulayıb.

Görüşdə çıxış edən komandanın rəhbəri Famil Məmmədov görüşün təşkilinə görə təşəkkür edib və qələbə ilə qayıdacaqlarını bildirib.