2-4 noyabr tarixlərində Bakı şəhərində taekvando idman növü üzrə “Ümid Kuboku” adlı beynəlxalq turnir keçirilib.
Turnirdə rayonun məktəblilərindən ibarət komanda ən yüksək nəticə göstərib. Şəhər 7 nömrəli tam orta məktəbin VII sinif şagirdi Şəms Lətifzadə 44 kq çəki dərəcəsində I yeri, XI sinif şagirdi Qönçə Hüseynzadə 55 kq çəki dərəcəsində I yeri, XI sinif şagirdi Bahadır Əsgərli 68 kq çəki dərəcəsində II yeri, IX sinif şagirdi Fəridə Sultanlı 41 kq çəki dərəcəsində III yeri, X sinif şagirdi Nəcibə Canızadə 46 kq çəki dərəcəsində III yeri, IX sinif şagirdi Ayla Lətifova 42 kq çəki dərəcəsində III yeri, Xarici Dillər Təmayüllü Gimnaziyanın VIII sinif şagirdi İbrahim Əlizadə 53 kq çəki dərəcəsində II yeri, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Akif Əsgərzadə 57 kq çəki dərəcəsində III yeri, şəhər 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Mirfərid Bağırov 78 kq çəki dərəcəsində II yeri, şəhər 4 nömrəli tam orta məktəbin III sinif şagirdi Nazlı Səlimova 33 kq çəki dərəcəsindən I yeri və Kənan Qasımov 57 kq çəki dərəcəsində II yeri, Veravul kənd 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Yusif Qurbanov 45 kq çəki dərəcəsində I yeri və Ləj kənd tam orta məktəbinin IX sinif şagirdi Gülağa Məmmədov 53 kq çəki dərəcəsində I yeri, Səpnəkəran kənd tam orta məktəbinin IV sinif şagirdi Leyla Kərimova 24 kq çəki dərəcəsində II yeri tutublar.
Qalibləri, onların məşqçisi Vüqar Sultanov və İmran Əliyev onların valideyinlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.