08.11.2018

“Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir

Noyabrın 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” mövzusunda tədbir keçirilib.

Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, müəllimlər və şagirdlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında vətənpərvərliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Dini radikalizm və onun fəsadları haqqında məlumat verən E.Həmidli, milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərliyin təbliğinin dini radikalizmlə mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.