Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər T.Bayraməlibəyov 2 nömrəli tam orta məktəbində “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Zaur Ağazadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə uşaqların zərərli vərdişlərdən, yeniyetmə və gənclərin yad ideologiyalar və radikal cərəyanların təsirindən qorunmasının vacibliyindən bəhs edilib, dini fanatizm, radikalizm və onların fəsadları haqqında məlumat verilib.