31.10.2018

Təhsil Şurasının növbəti iclası

Oktyabrın 31-də Lənkəran Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Şura iclasında Liman şəhər 2 nömrəli tam orta və Velədi kənd ümumi orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti haqqında və şəhər 3 və 9 nömrəli, Aşağı Nüvədi qəsəbə, Vilvan kənd tam orta və Daşdalıqjar kənd ümumi orta məktəblərində 2018-2019-cu tədris ilinə aid dərs bölgüsünün aparılması vəziyyəti haqqında məsələlər müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları Sabir Əliyev, Cəmil Axundzadə və Nəsir Əkbərov arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov 2018-2019–cu dərs ilinin payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məlumat verib və şura iclasını yekunlaşdırıb.


Açar sözlər: ,  ,