Oktyabrın 29-da Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və şöbənin aparıcı məsləhətçisi Nəsir Əkbərov Ürgə kənd T.Zamanov adına tam orta məktəbinin pedaqoji kollektivi və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.
Görüşdə A.İbrahimov şagirdlərin davamiyyəti ilə maraqlanıb, şagirdlərlə və müəllimlərlə dialoqa girərək onların məktəb və tədrislə bağlı fikir və arzularini dinləyib, müəllimlərin diqqətini nizam-intizamın möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, məktəb-valideyin əlaqələrinin möhkəmləndirilməsinə cəlb edib.
Sonda məktəb rəhbərliyinə və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.