Oktyabrın 16-da R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən bu tədbiri məktəbin direktoru Kamran Əliyev açıb, 18 oktyabr tariximizin ən şərəfli səhifələrindən biri kimi xarakterizə edib.
Sonra məruzə üçün söz məktəbin tarix müəllimi Məlahət Əliyevaya verilib. Məruzəçi müstəqillik yolunun şərəfli səhifələrindən geniş bəhs edib. Sonra şagirdlərdən Elvira Məmmədzadə, Günay Xəlilli, Mais Quluzadə və Məleykə Şəfizadə çıxış edərək müstəqilliyimizin möhkəmləndirilməsində ümumilli lideimiz Heydər Əliyevin xidmətlərindən, son 15 il ərzində qazanılan uğurlar və bunların qazanılmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rolundan geniş bəhs ediblər.
Dəyirmi masada Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov iştirak edib və çıxış edərək müstəqilliyimizin bəhrələrindən geniş söhbət açıb.