Oktyabrın 12-də Lənkəran Şəhər Təhsil Şöbəsində gənc müəllimlərlə görüş keçirilib.
Görüşü Təhsil Şöbəsinin müdiri A.İbrahimov açaraq müəllim peşəsinin şərəfli və məsuliyyətli bir peşə olduğundan bəhs edib, onlara işlərində uğurlar arzulayıb. Şöbənin müdir müavini G.Bağırov və aparıcı məsləhətçi A.Aslanov məsələ barədə çıxış ediblər.
Sonda gənc müəllimlər çıxış edərək, göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.