13.09.2018

Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şürasının növbəti iclası

Sentyabrın 12-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şürasının növbəti iclası keçirilib. Şura iclasında rayonun ümumitəhsil məktəblərinin rəhbərləri və şöbənin əməkdaşları iştirak edib. İclasda 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr və Təhsil Nazirliyinin “Ümumi Təhsil Sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr haqqında məsələlər muzakirə olunub.

Təhsil Şöbəsinin müdiri A.İbrahimov şura iclasını yekunlaşdırıb və cari məsələlərdən bəhs edib.


Açar sözlər: ,  ,