Sentyabrın 6-da Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər Təhsil işçilərinin konfransı keçirilib. Konfransda 2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilib. Məsələ ilə bağlı Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov məruzə edib. Məruzə ətrafında müzakirələrdə şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərova, şəhər 6 nömrəli məktəb-liseyin direktor müavini Vəfa Rəhimova, Boladi kənd 1 nömrəli tam orta məktəbinin psixoloqu Kəmalə Səfərova, valideyn Validə Abıyeva, Sütəmurdov kənd tam orta məktrəbinin direktoru Kamran Əliyev və Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov çıxış ediblər.
Konfransda Şəhər İcra Hakimiyyəti başçısının humanitar və ictimai-siyasi məsələlər üzrə müavini Rasilə xanım Əliyeva çıxış edərək görülən işlərdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Sonda Pedaqoji mühazirələrin respublika mərhələsinin qalibləri olan şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqova və Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyevə Təhsil Nazirliyinin diplomları və qiymətlı hədiyələri təqdim olunub.