Sentyabrın 4-də “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə “Təhsil Nazirliyinin 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar qarşıda duran vəzifələrilə bağlı Nərimanabaq, Sütəmurdov, Biləsər kənd, Hirkan, Xanbulan, Aşağı Nüvədi, Haftoni, İstisu, Çay fabriki və Üzümçülük qəsəbə məktəblərin pedaqoji kollektivləri və valideyn assosasiyaları ilə görüşlər keçirilib.
Təhsil Şöbəsinin əməkdaşlarının iştirak etdiyi həmin görüşlərdə yeni dərs ilində qarşıda duran əsas vəzifələrdən bəhs edilib, prioritet istiqamətlərə toxunulub.
Sonda şöbənin əməkdaşları verilən sualları cavablandırıb.