14.06.2018

Lənkəranın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri

İyunun 14-də rayonun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib. Həmin tədbirlər Təhsil Nazirliyinin 12 iyun 2018-ci il tarixli, 431 nömrəli əmrinə müvafiq olaraq hər bir məktəbin ərazisində, təhlükəsizlik təmin olunmaqla təşkil edilib. 

Tədbirlərdə məktəblərin müəllim-şagird kollektivi ilə yanaşı Təhsil Şöbəsinin əməkdaşları, valideyn komitələrinin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideyinlər və sabiq məzunlar iştirak ediblər. 

Bu il rayonun ümumtəhsil məktəblərini ümumi orta təhsil üzrə  2303 nəfər, tam orta təhsil üzrə 1727 nəfər bitirir.


Açar sözlər: ,  ,  ,  ,