Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsi ilə Lənkərən Şəhər Təhsil Şöbəsinin razılaşdırılmış planına uyğun olaraq yeniyetmə və çağırışaqədər yaş həddində olan vətəndaşlar arasında mənəvi-psixoloji durumun yüksəldilməsi, vətənpərvərlik sahəsində görülən işlərin təhlili məqsədilə iyunun 7-də Lənkəran rayonunun ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə seminar keçirilib.
Tədbiri giriş sözü ilə həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Yunisov Turab açıb. Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə və şöbənin metodisti Kamran Məmmədov, Lənkəran şəhər-rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Orxan Şahmarov çıxış edərək məsələnin aktuallığını qeyd ediblər.