İyunun 5-də Lənkəran Şəhər Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil İnstitutunun 2016-2017-ci tədris ilində keçirdiyi məktəblilərarası III fənn müsabiqəsinin final mərhələsində şagirdləri qalib olmuş müəllimləri ilə görüş keçirilib.
Görüşdə şöbə müdiri A.İbrahimov həmin müəllimləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb və Təhsil İnstitutunun təşəkkürnaməsini təqdim edib.