01.06.2018

Təhsil Şurasının növbəti iclası

Mayın 31-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şürasının növbəti iclası keçirilib. Şura iclasında Cil və Gəgiran kənd tam orta məktəblərində təlim tərbiyə işlərinin monitorinqinin, şəhər 2, 4, 6, 7, 10 nömrəli, Haftoni qəsəbə, Ləj, Ürgə, Göyşaban, Şürük, Sütəmurodov, Şağlaser və Osaküçə kənd tam orta məktəblərinin IV siniflərində aparılmış monitorinqin və 2017-2018-ci tədris ilində fənn olimpiadalarının nəticələri haqqında məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Şura iclasında “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində fərqlənən bir qrup qabaqcıl müəllimlər və muxtəlif müsabiqə, yarış və olimpiadalarda fərqlənən şagirdlərə Təhsil Şöbəsinin Fəxri fərmanı təqdim edilib. Şura iclasında imtahanlara hazırlıq, son zəng, növbəti yarım il üçün mətbuata abunə və digər cari məsələlərlə bağlı vəzifələrdən bəhs edilib.

Şəhər Təhsil Şöbəsinin müdiri Asaln İbrahimov Şura iclasına yekun vurub.


Açar sözlər: ,  ,