31.05.2018

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəbində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, aparıcı məsləhətçilər Ramin Hüccətov və Cəmil Axundzadə iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb. Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təbrik edib, ölkəmizdə uşaq hüquqlarının təmin olunması sahəsində görülən işlərdən, respublikamızın bütün bölgələri ilə yanaşı Lənkəran rayonunda da təhsilə göstərilən diqqət və qayğıdan danışıb.

Sonra uşaqlar tərəfindən ifa edilən şeirlərdə, mahnılarda göstərilən səhnəciklərdə sülh, əminamanlıq, firavanlıq tərənnüm edilib. Azad və müstəqill ölkənin uşaqları olaraq onlar öz bayram sevinclərini qonaqlarla paylaşıblar.


Açar sözlər: ,  ,  ,  ,