30.05.2018

Qalib komanda ilə görüş

Mayın 30-da Şəhər Təhsil Şöbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual oyun üzrə regional yarışın qalibi olan Lənkəran komandasının üzvləri ilə görüş keçirilib.

Görüşdə şöbə müdiri A.İbrahimov cənub bölgəsinin 9 komandası arasında qalib çıxan Lənkəran komandasını təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.

Görüşdə ŞTŞ-nın müdir müavini G.Bağırov və aparıcı məsləhətçi C.Axundzadə iştirak etmiş, komanda haqqında fikirlərini bildiriblər.


Açar sözlər: ,  ,