Mayın 29-da Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, şöbənin aparıcı məsləhətçisi R.Hüccətov Bəlləbur kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb.
Görüşdə A.İbrahimov "Təhsildə keyfiyyət ili" çərcivəsində Təhsil Şöbəsi tərəfindən məktəbə tapşırılmış bu istiqamətlər üzrə görülmüş işlərin icrası ilə tanış olmuşdur. Məktəb rəhbərliyin diqqətini nizam-intizamın daha da möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi və məktəb-valideyin əlaqələrinin möhkəmləndirilməsinə cəlb edib.