Ötən həftə şəhər 3, 7, 9 nömrəli, Gəgiran, Kənarmeşə, Gərmətuk, Tükəvilə və başqa məktəblərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı maraqlı tədbirlər keçirilib.
Tədbirlərdə maraqlı məruzələr dinlənilib, şagirdlər seirlər, mahnılar və səhnəciklər ifa ediblər. Qeyd olunub ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. AXC öz üzərinə gütürdüyü çətin tarixi vəzifəni imkanlarının son hədlərində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və höküməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni, gerbi qəbul edildi, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Təhsil, səhiyyə və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
AXC təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şuurlarda bərqərar etdiyi müstəqillik ideyaları unudulmadı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özunum qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.
Tədbirlərdə müstəqil Azərbaycanın AXC–nin varisi olması, müstəqilliyimizin möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi varisi, möhtərəm Prezidenitimiz cənab İlham Əliyevin xidmətləri xüsusi qeyd edilib.
Rayonun ümumitəhsil məktəblərində AXC-nin 100 illiyinə həsr olunmuş tədbirlər davam edir.