Mayın 15-də Lənkəran şəhər 5 və 8 nömrəli tam orta məktəblərində “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin təşkilati dəstəyi ilə “Erkən nikah ailə dəyərlərimizə ziddir” mövzusunda seminar keçirilib.
Seminarda Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, insan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru-təlimçi Nəzakət Balabəyova, layihə rəhbəri Dinara Bayramova çıxış edərək qızların təhsildən yayınması, erkən nikaha daxil olması, erkən nikahın yaratdığı fəsadlar və onların aradan qaldırılması haqqında maarifləndirici söhbətlər aparılıb. Seminarın işində Şəhət Təhsil Şöbəsinin metodisti Səriyyə Kələntərli iştirak edib.
Sonda layihə rəhbəri tərəfindən seminarda iştirak edən məktəblilərə hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.