14.05.2018

Hirkan qəsəbə və Mamusta kənd tam orta məktəblərində görüş

Mayın 14-də Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, şöbənin aparıcı məsləhətçiləri S.Əliyev və C.Axundzadə Hirkan qəsəbə və Mamusta kənd tam orta məktəblərinin pedaqoji kollektivləri və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.

Görüşdə A.İbrahimov şagirdlərin davamiyyəti ilə maraqlanıb, şagirdlərlə və müəllimlərlə dialoqa girərək onların məktəb və tədrislə bağlı fikir və arzularini dinləyib. Son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı hər iki məktəb arasında müqayisəli təhlil aparıb.

Hər iki məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.


Açar sözlər: ,  ,  ,