12.05.2018

"Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri","Erkən nigah və onun fəsadları"

Mayın 11-də R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində Lənkəran Şəhər Təhsil Şöbəsi və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri","Erkən nigah və onun fəsadları" mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞTŞ-nin əməkdaşları, valideynlər, şagird və müəllim kollektivi iştirak edib.Tədbiri giriş sözü ilə məktəbin direktoru Kamran Əliyev açaraq sözü Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətova verib. Lənkəran ŞRPŞ-nin rəisi İ.Hümbətov mövzu ətrafında geniş məruzə edərək mövzunun mahiyyətini məktəblilərin diqqətinə çatdırıb. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Hüquq Şöbəsinin müdiri Emin Quliyev mövzu ətrafında məruzə edib.

 Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.