Mayın 8-də şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov açıb. Tədbirdə “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turunun qalibi şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Şənay Əsgərova, Boladi kənd 1 nömrəli tam orta məktəbin şagirdi Aytac Axundova, Xanbulan kənd tam orta məktəbinin şagirdi Fədayə Abbaszadə, 6 nömrəli tam orta məktəbin şagirdi Səkinə Ağazadə çıxış ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turunda fərqlənən bir qrup şagirdə Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib. Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlə başa çatıb.