Mayın 8-də Lənkəran Şəhər Təhsil Şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olan Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Əsgərova Şənay Zaur qızı ilə görüş keçirilib.
Təhsil Şöbəsinin rəhbərliyi Şənay Əsgərovanı təbrik edib, daha yüksək nəticələr əldə etməyi və təhsilində uğurlar arzulayıb.