04.05.2018

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi məktəblərdə anılır

Mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində geniş tədbir keçirilib.

Tədbirdə Şəhər Təhsil Şöbəsinin metodisti Səriyyə Kələntərli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin əməkdaşları, müəllimlər, şagirdlər, valideynlər iştirak edib. Şagirdlər şairlərin əsərlərindən şeirlər, bədii kompozisiyalar və rəsmlər nümayiş etdiriblər.

Sonda məktəb rəhbərliyi tərəfindən ən yaxşı rəsm sərgisi hazırlamış IX sinif şagirdi Simuzər İbrahimli fəxri fərmanla təltif edilib. Tədbiri yüksək təşkilatçılıqla təşkil etdiklərinə görə Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevinc Əliyeva və Günel Hüseynovaya təşəkkür elan edilib.


Açar sözlər: ,  ,  ,  ,