Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsi başa çatıb.
Müsabiqənin iştirakçılarından olan Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Əsgərova Şənay Zaur qızı Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tərəfindən tərifnamə ilə təltif olunub.
Təhsil Şöbəsinin rəhbərliyi Şənay Əsgərovaya təhsilində uğurlar arzulayır.