Mayın 4-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirə il ərzində rayonun ümümi təhsil müəssisələrində təhsil alan elm, təhsil, incəsənət və idman sahələri üzrə respubilka və beynəlxalq müsabiqələrdə nailiyyətləri olmuş 250 nəfər şagird dəvət olunub.
Görüşdə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova, Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və Heydər Əliyev Mərkəzinin müdiri Reyhanə Sadıxova şagirdlərə çıxışlarında ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib və onlara bu işıqlı yolda daima inkişafda olmalarını arzulayıblar.
Sonda şagirdlərə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adından diplom, fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.