Mayın 2-də Lənkəran ŞTŞ–nın foyesində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş 10-17 yaşlı uşaq və gənclər arasında keçirilən Respublika Təsviri Sənət müsabiqəsinin zona turu keçirilib.
Müsabiqədə Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvar rayonunun məktəbliləri iştirak ediblər. Müsabiqədə Lənkəran UGİM-in yetirmələri şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Miralsun Axundzadə və Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Fidan Hüseynova birinci yerə, şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Tahirzadə ikinci yerə, Lerik UGİM-in yetirməsi Ağayeva Vüsalə üçüncü yerə layiq görülüb. Lənkəran ŞTŞ–nın foyesində müsabiqə qaliblərinin təltif mərasimi keçirilib. ŞTŞ-nın müdiri A.İbrahimov mərasimi açaraq qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Bakı şəhəri 1 nömrəli UGİM–nin metodisti Yeganə Əliyeva və Lənkəran ŞTŞ-nın müdiri A.İbrahimov qaliblərə diplom təqdim ediblər və xatirə şəkilləri çəkilib.