29.04.2018

Haftoni qəsəbə tam orta məktəbində görüş

Aprelin 25-də Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, şöbənin aparıcı məsləhətçiləri R.Hüccətov və C.Axundzadə Haftoni qəsəbə tam orta məktəbinin  pedaqoji kollektivi və buraxılış siniflərinin şagirdləri ilə görüşüb.

Görüşdə A.İbrahimov şagirdlərin davamiyyəti ilə maraqlanıb, şagirdlərlə və müəllimlərlə dialoqa girərək onların məktəb və tədrislə bağlı fikir və arzularini dinləyib. Son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı təhlil aparıb.

Məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.


Açar sözlər: ,  ,  ,