30.04.2018

Təhsil Şurasının növbəti iclası

Aprelin 30-da Lənkəran Şəhər Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Şura iclasında Siyavar və Viravul  kənd 2 nömrəli tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti haqqında və Haftoni qəsəbə, Darquba, Nərimanabad, Şürük və Xolmili kənd tam orta məktəblərində istedadlı şagirdlərlə aparılan işlərin vəziyyəti  haqqında məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları Ramin Hüccətov, Mais Quliyev və Zaur Ağazadənin arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb.


Açar sözlər: ,  ,