Aprelin 27-də Lənkəran Şəhər Təhsil Şöbəsində Təhsil Nazirliyi tərəfindən mart ayında keçirilən Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda qalib gələn məktəblilər və onların valideynləri ilə görüş keçirilib. Şöbənin rəhbərliyi qalibləri təbrik edib, mayın 5-də keçiriləcək respublika mərhələsinin final turunda daha yüksək nəticələr əldə etməyi, rayona medallarla dönməyi arzulayıb.