Aprelin 27-də şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və rayonun pedaqoji ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı “Soyqırımı unutmağa haqqımız yox...” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov açaraq 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin “Böyük Ermənistan” ideyalarını gerçəkləşdirmək üçün soydaşlarımıza qarşı etnik təmizləmə siyasətinin ən eybəcər təzahürləri haqqında məlumat verdi. Sonra bu mövzuda şəhər 5 nömrəli tam orta məktəbinin tarix müəllimi Kəmalə Nəbatova geniş məruzə etdi. Ayrı-ayrı məktəblərin şagirdləri şeirlər, vətənpərvərlik mövzusunda mahnılar ifa etmiş, səhnəciklər nümayiş etdiriblər.
Sonda tədbir iştirakçıları soyqırımı mövzusunda “Unudulmaz faciə” filminə baxdılar.