Aprelin 26-da şəhər 2 nömrəli tam orta məktəbində “Təhsildə keyfiyyət ili” çərçivəsində psixoloji xidmətin təşkili ilə bağlı seminar keçirilib. ŞTŞ–nin müdiri Aslan İbrahimov iştirakçıları seminarın gündəliyi ilə tanış edib. Kənarmeşə və Boladı 1 nömrəli kənd tam orta məktəblərinin psixoloqları Günel Babayeva və Kəmalə Səfərova çalışdıqları iş təcrübələri barədə məruzə ediblər.
Məruzə ətrafında Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova, Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, metodist Ramal Mirzəzadə və aparıcı məsləhətçi Mais Quliyev çıxış ediblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.