Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 8 fevral tarixli,109 nömrəli əmrinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə aprelin 26-da Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda sərbəst düşünmə bacarıqlarını formalaşdırmaq və istedadlı, bacarıqlı şagirdləri aşkar etməkdir.