26.04.2018

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Aprelin 26-da respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib.

Bu mərhələdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsahibəyə ibtid­ai sinif, fiziki tərb­iyə, musiqi müəlliml­əri olmaqla 460 nəfərə yaxın müəllim dəvət olunub. Aprelin 27-də isə digər fənlər­ üzrə müəllimlər müsah­ibələrdə iştirak edəc­əklər.

Müsahibənin keçir­ilməsi üçün 20 komiss­iya fəaliyyət göstəri­r.

Müsahibələr iki gün davam edəcək. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.


Açar sözlər: