Aprelin 20-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinə uyğun olaraq Lənkəran şəhər 4 və 6 nömrəli məktəb–liseylərinin müəllim və şagird kollektivlərinin nümayəndələri Cəlilabad şəhər 1 və 2 nömrəli tam orat məktəblərinin, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Uzuntəpə kənd 1 nömrəli tam orta məktəblərinin müəllim və şagird kollektivlərinin nümayəndələri Lənkəran rayonu Liman şəhər 1 nömrəli və Şürük kənd tam orta məktəblərinin qonağı olublar.
Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin müəllim-şagird kollektivinin nümayəndələri Cəlilabad şəhər 1 nömrəli humanitar–təbiət təmayüllü məktəbində olarkən müəllim kollektivi ilə tanış olub, yeni yaradılmış şagird parlamentinin üzvləri ilə görüşüb, məktəbin şəhid məzunları üçün təşkil edilmiş güşədə gül-çəçək dəstəsi qoyublar. Sonra “Müasir müəllimin dərsə hazırlığı” mövzusunda dəyirmi masa keçirilib, qabaqcıl müəllimlərin ustad dərsləri dinlənilib.
Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin müəllim - şagird kollektivinin nümayəndələri Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində olarkən açıq və ustad dərslərdə iştirak edib, təlim nailiyyətləri, idarəetmə məsuliyyətinin bölüşdürülməsi qaydaları, metodik işin təşkili, fənn kurikulumunun tətbiqi sahəsində mövcud nöqsanlar müzakirə edilib.
Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbinin müəllim–şagird kollektivinin nümayəndələri Liman şəhər 1 nömrəli tam orta məktəbində olarkən məktəbin kollektivi fənn kabinetləri, kitabxana və metodkabinetlə tanış olub, ustad və açıq dərslərdə iştirak ediblər. “Zərərli vərdişlərə yox deyək” maarifləndirici təbdir, “Təhsildə keyfiyyətin idarə olunmasında məktəb rəhbərliyinin rolu” mövzusunda dəyirmi masa keçirilib. Sonda hər iki məktəbin ələqalərinin daha da möhkəmləndirilməsi üçün bağda rəmzi ağaclar əkilib.
Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbinin müəllim – şagird kollektivinin nümayəndələri Şürük kənd tam orta məktəbində olarkən “Erkən nigaha yox deyək” mövzusunda dəyirmi masa keçirilib və bu mövzuda video–çarxa baxıblar. Görüş zamanı məktəbin I, IV və IX siniflərində ustad dərsləri dinlənilib. Qonaqlar məktəbin İKT-dən istifadə təcrübəsi ilə tanış olublar.
Pedaqoji işçilər “Təhsildə keyfiyyət əldə edilməsində məktəb rəhbərliyinin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Sonda qonaqlar isti münasibətə və qabaqcıl nümunələrə görə təşəkkürlərini bildirib, belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.