16.04.2018

Tükəvilə, Osaküçə və Sinovli kənd tam orta məktəblərində görüş

Aprelin 13-də Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov, şöbənin aparıcı məsləhətçiləri N.Əkbərov və C.Axundzadə Tükəvilə, Osaküçə və Sinovli kənd tam orta məktəblərinin pedaqoji kollektivləri və buraxılış siniflərinin şagirdləri ilə görüşüb. 

Görüşdə A.İbrahimov son üç ildə buraxılış imtahanlarının nəticələri ilə bağlı hər üç məktəb arasında müqayisəli təhlil aparıb.

Hər üç məktəbin rəhbərliyi və pedaqoji kollektivinə cari ildə keçiriləcək buraxılış imtahanlarına ciddi hazırlıq barədə tövsiyyələr verib.


Açar sözlər: ,  ,  ,