Aprelin 12-də Lənkəran şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında Dövlət Əmək Müfəttişliyi Xidməti və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Uşaq əməyinin istismarı hallarının qarşısının alınması” mövzusunda regional seminar-müşavirə keçirilib. Müşavirədə Lənkəran, Astara və Lerik rayonlarının təhsil və polis şöbələrinin, işəgötürənlərin, həmkarlar təşkilatlarının nümayəndələri, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri DƏMX-nın Analitik Təhlil və Operativ Nəzarət Şöbəsinin sektor müdiri Emil Allahverdiyev giriş sözü ilə açaraq məsələnin aktuallığını xüsusi qeyd edib. Məsələ barədə 9 saylı regional DƏM-nin rəis müavini Rasim Rəhimov geniş məruzə edib. Sonra məruzə ətrafında Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili aparatının Cəlilabad regional idarəsinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞRPŞ-nin inspektoru Pərviz Şükürov, 9 saylı regional DƏM-in rəisi Ərəstun Əbilov çıxış edərək uşaq əməyinin istismarı halları və ona qarşı mübarizə sahəsində görülmüş işlərdən və bu sahədə mövcud olan problemlərdən danışıblar.
Seminarı DƏMX-nin sektor müdiri Emil Allahverdiyev yekunlaşdırıb.