Erməni şovinist millətçilərinin və terrorçularının xalqımıza qarşı apardığı soyqırımı siyasətinin 200 ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xalqımızı məhv etmək Cənubi Qafqazda “böyük Ermənistan” dövləti yaratmaqdır və bu siyasət tarixin müxtəlif mərhələlərində dünya dövlətlərinin bir çoxunun planlarına uyğun gəldiyindən daim ermənilərə havadarlıq etmişlər, bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Məhz onların dəstəyi ilə erməni terrorçu təşkilatları şəbəkəsi yaradılıb. Tariximiz kobud şəkildə təhrif olunmuş, düşmən tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün hər bir saxtakarlığa və şərəfsizliyə əl atmıblar. Maddi mənəvi mədəniyyət abidələrimiz vandallıqla dağıdılıb. Millətimizə qarşı bu cür qaniçən siyasət onillər, yüzillər boyu soyqırımlarla, ideoloji təcavüzlə, terrorla, tammiqyaslı hərbi əməliyyatlarla müşaiyyət olunub.
31 mart soyqırımının 100 illiyi münasibəti ilə Lənkəranın ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilib. Şəhər məktəbləri, Boladi 1, 2 nömrəli, Liman şəhər 1 nömrəli, Nərimanabad qəsəbə, Velədi, Xolmili, Rvo, Haftoni, Xanbulan, Səpnəkəran, Sütəmurdov, Parakənd, Gəgiran, Kənarmeşə, Hirkan, Yuxarı Nüvədi və başqa məktəblər bu günü hüzn yığıncaqları, dəyirmi masalar, konfranslar, xüsusi dərslər, şəhərin mərkəzində soyqırım abidəsini ziyarət etmək, sərgilər, rəsm və inşa müsabiqələri və digər tədbirlərlə yad edilib erməni vandallarının iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərin mahiyyəti və ibrət dərslərindən bəhs ediblər.