29.03.2018

Anım tədbiri

Bu gün Lәnkәran şәhәr Azәr Mәhәrrәmov adına 7 nömrəli tam orta mәktәbindә Azәrbaycanın әrazi bütövlüyü uğrunda şәhid olan Qalib Layim oğlu Zülfüqarlının anım günü qeyd edilib.

Tәdbirdә Lәnkәran Şәhәr İcra Hakimiyyәti başcısının müavini Rasilә xanım Әliyeva, Lәnkәran Şәhәr Tәhsil Şöbәsinin müdiri Aslan İbrahimov, şәhәr ziyalıları, şәhidin ailә üzvlәri, qohumları vә dostları iştirak edib. Tәdbirdә Rasilә xanım Әliyeva, Aslan İbrahimov, Ülviyyә Әliyeva, Qabil Zülfüqarlı, Әlәkbәr Әliyev, Rәisә Axundova şəhid Qalib Zülfüqarlının rәşadәtli döyüş yolundan söz açaraq bunun gәlәcәk nәsillәrә bir örnәk olduğunu qeyd ediblər. Anım günündә mәktәblilәrin ifasında әdәbi-bәdii kompozisiya dinlәnilib. Daha sonra mәktәb rәhbәrliyi, müәllimlәr vә şagirdlәr şәhidin ailә üzvlәri ilә birgә Qalib Zülfüqarlının mәzarını ziyarәt ediblər.