Təhsil Nazirliyinin 05 yanvar 2018-ci il tarixli, 21 nömrəli əmrinə, habelə Lənkəran və Cəlilabad rayon Təhsil Şöbələrinin birgə tədbirlər planına uyğun olaraq 16 mart 2018-ci il tarixdə Lənkəran rayonu Liman şəhər 1 nömrəli və Şürük kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi müvafiq sürətdə Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Uzuntəpə kənd 1 nömrəli tam orta məktəblərində, Cəlilabad şəhər 1 və 2 nömrəli məktəblərinin müəllim və şagird kollektivi Lənkəran şəhər 4 və 6 nömrəli məktəblərində qonaq olublar. Qonaqlar məktəblə tanış olub, təlim-tərbiyə sahəsində qazanılmış uğurları paylaşmış, açıq dərslərdə iştirak etmiş, dəyirmi masada təhsilin aktual məsələlərini müzakirə ediblər. Eyni zamanda şagirdlər arasında bilik yarışı keçirilib.