15.03.2018

Pedaqoji mühazirələrin rayon mərhələsi yekunlaşıb

Martın 14-də Lənkəran Şəhər Təshil Şöbəsinin müdiri A.İbrahimovun sədrliyi ilə təşkilat komitəsi pedaqoji mühazirələrin rayon mərhələsinə həsr olunmuş növbəti iclasına toplaşıb.

İclasda 10 mühazirə dinlənilib. Sonda pedaqoji mühazirələrin nəticələri yekunlaşdırılıb. Rayon mərhələsinə təqdim olunmuş 20 mühazirədən iki qalib müəyyən edilib. Şəhər 6 nömrəli məktəb-liseyin direktoru, respublikanın Əməkdar müəllimi, pedaqoqika üzrə fəlsəfə doktoru Akif Xalıqovun “Ümumi təhsil məktəbinin idarə olunmasının təkmilləşdirilməsi” mövzusunda məruzəsi və Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyevin “Şagirdlərin yaş xüsüsiyyətləri və sosial təsirlər haqqında” mövzusunda məruzəsi qalib sayılıb.

Pedaqoji mühazirələrin rayon mərhələsinin nəticələri barədə məlumat Təhsil Nazirliyinə tədqim olunacaq.


Açar sözlər: ,  ,